Geri

FHN və BMT İP-ın birgə layihəsi çərçivəsində seminar keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, BMT-nin İnkişaf Proqramı (BMT İP) və Qlobal Ətraf Mühitin Mühafizəsi Fondunun (GEF) birgə təşkilatçılığı ilə 30 noyabr 2016-ci il tarixində Qəbələ şəhərində “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində “İcma əsaslı erkən xəbərdarlıq sistemləri və icmaların su ilə bağlı yarana biləcək problemlərə hazırlığı” mövzusunda seminar keçirilmişdir.

Layihənin əsas məqsədi Böyük Qafqazın dağlıq icmalarında su və selin idarəedilməsi sistemlərini təkmilləşdirmək və iqlimlə bağlı daşqın və su basmalarının təsirlərini azaltmaqdır.

Tədbirdə FHN-in Dövlət Su Ehtiyatları Agentliyinin və Simal-qerb Regional Mərkəzinin, BMT İP, layihənin tərəfdaş təşkilatları, rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, beynəlxalq və yerli ekspertlər, zəif dağ icmalarının nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev FHN ilə birgə həyata keçirilən layihənin əhəmiyyəti və müsbət nəticələrindən bəhs etmişdir. O, qeyd etmişdir ki, layihənin məqsədi təhlükə altında olan ərazilərdə yaşayan icmaların su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdan ibarətdir.

Daha sonra çıxış edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarənin rəis müavini Gündüz Həmzəyev, Şimal-qerb Regional Mərkəzinin rəisi Sadiq Bəkirli, Qəbələ rayon icra hakimiyyətinin birinci müavini Abil Ağasəfov, beynəlxalq ekspertlər Xuan Fernandez və David Milton layihənin əhatə dairəsi və qazanılan nəticələr barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, iqlim dəyişikliyi və onun törətdiyi fəsadların çox aktual məsələ olduğunu nəzərə alaraq, belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edir.

Seminar zamanı layihə çərçivəsində əldə edilən yeni erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilmişdir. Ekspertlər quraqlıq və su çatışmazlığı zamanı kənd təsərrüfatı texnologiyalarının istifadəsinin əhəmiyyətini vurğulamış, icma əsaslı erkən xəbərdarlıq sisteminin tam mobilizasiyasını daşqınların səmərəli proqnozlaşdırılması üçün yaxşı vasitə kimi qiymətləndirmişlər. Eksperimental təcrübə üçün Azərbaycanın Mıxlıqovaq icmasının seçildiyi iştirakçıların nəzərinə çatdırılmışdır.

Sonda seminarda iştirak edən nümayəndələrə, icma üzvlərinə sertifikatlar təqdim olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu