Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin müəssisələrində nəzəri-praktiki seminarlar keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 29 noyabr 2016-cı il tarixində ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin Abşeron İstehsalat Bölümündə "Yanğın zamanı zəruri tədbirlər, ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və onlardan istifadə qaydaları" mövzusunda nəzəri-praktiki seminar keçirmişdir. Seminarda mühəndis-texniki işçilər, fəhlələr yanğın zamanı zəruri hərəkətlər haqqında maarifləndirilmiş, ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında ətraflı məlumat verilmişdir. Tədbirdə ilkin yanğınsöndürən vasitələrdən istifadə etmək vərdişlərini aşılamaq üçün mühəndis və texniki işçilərlə məşqlər keçirilmişdir.

ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin Abşeron İstehsalat Bölümünün Sabunçu neftvurma stansiyasında isə "Nasos stansiyalarının yanğın təhlükəsizliyi" mövzusunda seminar keçirilmişdir. Seminarda neftvurma nasos stansiyalarının yanğan təşlükəsizliyi məsələləri ilə bağlı tövsiyələr verilmiş, həmçinin ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları ilə bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın-rabitə, siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilmiş, əməkdaşlar ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında maarifləndirilmişlər.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu