Geri

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 28 noyabr 2016-cı il tarixində Nazirliyin digər qurumlarının iştirakı ilə Biləsuvar rayon İcra Hakimiyyətinin akt zalında “İnsanların təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Müşavirədə İcra Hakimiyyətinin rəhbər işçiləri, rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Biləsuvar rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov gündəlikdə duran məsələnin aktuallığını vurğulamış, keçirilən tədbirin əhəmiyyətindən danışmışdır.

Çıxış edən digər natiqlər Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyət istiqamətləri, respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü uğurlu işlərdən, Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat vermiş, icra strukturları ilə Mərkəz arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin vacibliyini vurğulamışdır.

Tədbirdə Muğan Regional Mərkəzinin monitorinq qruplarının Biləsuvar rayon ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, yaranmış problemlər diqqətə çatdırılmışdır. Tədbir zamanı Biləsuvar rayonu ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında, yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulmuş və icraedici orqanlara tövsiyələr verilmişdir.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu