Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında valideynlərlə görüş keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 26 noyabr 2016-cı il tarixində II kursda təhsil alan kursantların valideynləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının qarşısında duran ən başlıca vəzifələrdən biri də xüsusi ixtisaslı ali təhsilli kadrları vətənpərvərlik, ümummilli liderimiz Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə etməkdir.

Akademiyada kursantların təhsil almaları və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Kursantların təlim-tərbiyələri ilə yüksək ixtisaslı mütəxəssislər məşğul olur. Tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dünyagörüşlərinin genişləndirilməsi, mədəni səviyyələrinin yüksəldilməsi və fiziki hazırlıqlarının gücləndirilməsi istiqamətində məqsədyönlü müsbət addımlar atılmışdır.

Görüşdə valideynlər adından Hamlet Həsrətli, Nemət Nəsirli və Eldar Nəcəfli çıxış edərək Akademiyada kursantlar üçün yaradılmış yüksək səviyyəli şəraitə görə dərin minnətdarlıqlarını bildirmişlər.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu