Geri

FHN-in İdman-sağlamlıq klubu sərbəst güləş üzrə çempionat keçirmişdir

24-25 noyabr 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışda nazirliyin 13 qurumunun 80-ə yaxın idmançısı mübarizə aparmışdır.

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilmiş yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə etmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışda şəxsi birincilikdə qaliblər müəyyən olunmuşdur. Belə ki, 57 kq çəkidə Əliyev Cabbar (XRXX), 61 kq çəkidə Süleymanov Cəlal (XRXX), 65 kq çəkidə Sövdümzadə Namiq (İSK), 70 kq çəkidə Məmmədov Fariz (DYMX), 74 kq çəkidə Qəmbərov Elmir (XRXX), 86 kq çəkidə İsmayılov Sübhan (XRXX), 97 kq çəkidə Qasımov Elman (DYMX) və 125 kq çəkidə Hümbətov Səbuhi (XRXX) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Komanda hesabında isə 1-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yerə isə FHN Akademiyasının komandası layiq görülmüşdür.

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda uğurlar arzulamış və 6-cı dəfədir keçirilən sərbəst güləş üzrə çempionatın gələcək illərdə də davam etdiriləcəyini bildirmişdir.

Sonda qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu