Geri

"Neft emalı müəssisələrinin yanğın təhlükəsizliyi: ərazi, qurğu və avadanlıqlara olan tələblər" mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 2016-cı il noyabrın 24-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 1 nömrəli əmtəə parkında "Neft emalı müəssisələrinin yanğın təhlükəsizliyi: ərazi, qurğu və avadanlıqlara olan tələblər" mövzusunda nəzəri-praktiki seminar keçirmişdir.

Seminarda neft emalı müəssisələrində ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yollarla bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə, siqnalizasiya vasitələrinin saxlanılması qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Yanğına qarşı təbliğat xarakterli tədbirdə mühəndis-texniki işçilər, fəhlələr yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar sözügedən sahənin stasionar və avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz olunması, neft məhsulları saxlanılan çənlərin günəş şüalarından qorumaq üçün açıq rəngli boyalarla rənglənməsi, sutkanın qaranlıq və gecə vaxtı ərazinin işıqlandırılması, çənlər arasında boru xətlərinin quraşdırılması, neftlə dolu çənlərdə çatların qay¬naq edilməsi, neft çənlərinin ətrafındakı bəndlərin daim saz vəziyyətdə saxlanılması və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab verməsi və s. ilə bağlı zəruri olan yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilmişdir.

Seminarda yanğına qarşı su təchizatı ilə bağlı tələblər haqqında ətraflı danışılaraq yanğın avadanlıqlarına qoşulmuş su şəbəkəsinin tələb olunan təzyiqi və yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməsinin vacibliyi xüsusi olaraq diqqətə çatdırılmışdır.

Seminarda neft emalı müəssisələrində texniki təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları, həmçinin, "Neft, qaz və neft-kimya sənayesində təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”nın tətbiqi, bu qaydaların tələblərinə əməl olunması, mühəndis-texniki işçilərin, fəhlə və qulluqçuların yanğın təhlükəsizliyi bilgiləri ilə mütəmadi olaraq təlimatlandırılması və s. kimi məsələlər müzakirə obyekti olmuşdur.

Seminarda ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında da mühəndis-texniki işçilərə, fəhlə və qulluqçulara ətraflı məlumat verilmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu