Geri

FHN-in “İzotop” xüsusi kombinatı beynəlxalq sərgidə iştirak etmişdir

16-18 noyabr 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatı “Bakı Ekspo” sərgi kompleksində “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 7-ci beynəlxalq ətraf mühit sərgisində iştirak etmişdir. Sərgidə “İzotop” xüsusi kombinatına məxsus maye radioaktiv tullantıların təmizlənməsi üçün istifadə edilən "Aqua-Express" avadanlığının, xüsusi nəqliyyat vasitələrinin maketləri, avadanlıqlar və xüsusi fərdi mühafizə vasitələri geyindirilmiş manikenlər nümayiş etdirilmiş, vəsaitlər və avadanlıqlar sərgi iştirakçılarının marağına səbəb olmuşdur. Sərginin keçirilməsində məqsəd təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də su texnologiyaları, su təchizatı sistemləri, çirkab və yağış sularının təmizlənməsi sistemləri, mikro-tunelləşdirmə, suyun təhlili üçün ölçmə və tənzimləmə texnologiyaları üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş etdirməkdən ibarət olmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu