Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında intellektual yarış keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları arasında 22 noyabr 2016-cı il tarixində FHN-in yaradılmasının 11-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Necə?” intellektual yarışı keçirilmişdir. Yarışın keçirilməsində məqsəd Azərbaycanda gənclər siyasətinin önəmli istiqamətlərindən biri olan intellektual hərəkatın inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili, ali təhsil ocağının intellektual potensialının gücləndirilməsi olmuşdur. Akademiyanın Tələbə Elmi Cəmiyyəti və Həmkarlar Təşkilatının xətti ilə keçirilən yarışda ümumilikdə 8 komanda olmaqla 48 nəfər kursant iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəis müavini Cabir Həsənov belə yarışların keçirilməsinin əhəmiyyətindən bəhs edərək gənclərə uğurlar arzulamışdır. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində uğurla çıxış edən Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kursunda təhsil alan kursanların “Xilasedicilər” komandası qalib adına layiq görülmüşdür. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu