Geri

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi nəzarət tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları sahilyanı ərazilərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

Həmin əməliyyat tədbirləri nəticəsində noyabrın 14-də Xəzər dənizinin Pirallahı rayonu istiqamətində gəmi istifadəçiləri tərəfindən bir ədəd, noyabrın 18-də Cənub regionu sahilyanı ərazisində də, həmçinin bir ədəd  "Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət" və "Kiçik həcmli gəmilərə texniki nəzarət" qaydalarının pozulduğu faktı aşkar edilmişdir.

Hər iki halda kiçik həcmli gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən kiçik həcmli gəmilərin təhlükəsiz istismarına  nəzarət tədbirləri davam etdirilir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu