Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 noyabr 2016-cı il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Cəlilabad rayonu Günəşli kənd 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, Günəşli kənd 1 nömrəli tam orta məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda Mərkəzin əməkdaşları dəm qazı, məişətdə yanğın zamanı davranış qaydaları barədə məlumat vermiş, həmçinin “Zəlzələyə hazırlıq” və “Zəlzələ zamanı və sonra nə etməli?” mövzularında məruzələrlə çıxış etmişlər.

Sonda mövzu ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, tədbir iştirakçılarına yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu