Geri

Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi 15 noyabr 2016–ci il tarixində Tovuz şəhəri A.S.Puşkin adına tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Toplantıda Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları da iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə təbii və texnogen mənşəli fövqəladə hadisələrin yaranma səbəbləri, onalardan qorunma yolları haqqında biliklərin aşılanması olmuşdur.

Toplantıda mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilmiş, “112” qaynar telefon xətti, dəm qazı təhlükəsi haqqında da geniş məlumat verilmişdir.

Sonda suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu