Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 15 noyabr 2016-cı il tarixində Qax rayonu, Şotavar kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Məktəb kollektivinin iştirak etdiyi tədbirdə dinləyicilərə Mərkəz əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyi, Nazirliyin qurumları, baş verə biləcək fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu və bu təbliğata təhsil ocaqlarının verə biləcəyi töhfələr barədə ətraflı məlumatlar verilmişdir. Tədbirdə həmçinin fövqəladə halların yaranma səbəbləri, texnogen qəzaların yaranmasında insan amilinin mənfi rolu, yanğın təhlükəsizliyi qaydaları, dəm qazından zəhərlənmənin profilaktikası, texniki təhlükəsizlik qaydaları, təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə dair çıxışlar olmuşdur. Tədbir iştirakçılarına “112” qaynar telefon xətti haqqında video-slayd vasitəsilə ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.                                                                   

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu