Geri

FHN-in Bakı Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi noyabr ayının 15-də Xəzər və Pirallahı rayonlarının İcra hakimiyyətlərində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirələr keçirmişdir.

Tədbirlərdə Xəzər və Pirallahı rayonlarının İcra hakimiyyətləri, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonların təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etmişlər.

Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən müşavirələrin əhəmiyyətinə toxunan Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov sakinlərin bu istiqamətdə maarifləndirilməsinin ən mühüm vəzifələrdən olduğunu vurğulamışlar.

Tədbirlərdə Bakı Regional Mərkəzinin nümayəndəsi çıxış edərək, Bakı şəhərində 2015 və 2016-cı illərin 10 ayı ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”  və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat vermişlər.  

Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev yanğın hadisələrinə qarşı mübarizədə maarfiləndirmənin rolundan danışmış, yanğın və dəm qazı faciələrindən qorunma yolları barədə praktik tövsiyələr vermişdir.

Sonda məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu