Geri

FHN əməkdaşları cüdo yarışlarında uğurla iştirak etmişlər

Sərhədçi Olimpiya Mərkəzində 12-13 noyabr 2016-cı il tarixlərində kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatı keçirilmişdir. Çempionatda 34 komandadan 214 idmançı birincilik uğrunda mübarizə aparmışdır.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunu təmsil edən Orxan Əsgərzadə 73 kq çəki dərəcəsində 2-ci yerə, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Zaur Tağıyev isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülmüşdür. Mükafatçıları yarışlara məşqçilər Taleh Sadıqov və Rasim Babayev hazırlaşmışdılar.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu