Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yanğın-taktiki təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 14 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınında yanğın-taktiki təlim keçirmişdir.

Təlimə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi, Yasamal, Səbail, Nərimanov, Xətai rayon dövlət yanğından mühafizə hissələrinin, Xüsusi Təyinatlı Yanğın Hissəsinin, 11 saylı Yanğından Мühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunmuşdur.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən təsdiq olunmuş plan üzrə icra olunan təlimin keçirilməsində məqsəd yanğının söndürülməsi ilə əlaqədar yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qurumları çatana qədər obyektin mühəndis-texniki işçilərin vəzifələrinin yerinə yetirilməsi və məlumatların ötürülmə ardıcıllığı, birinci və sonrakı yanğınsöndürmə rəhbərinin yanğın yerində vəziyyəti qiymətləndirməklə həlledici istiqamətin müəyyən olunması və döyüş hərəkətlərinin təşkil edilməsi, qüvvə və vasitələrə rəhbərlik etməklə yanğınsöndürməyə aid olan əməliyyat sənədlərinin tərtib edilməsi, rabitə və arxa işinin təşkili, tamaşaçıların təxliyyə olunması üzrə yanğın yerində döyüş hərəkətlərini məşq etdirmək, həmçinin şəxsi heyətə texniki təhlükəsizlik qaydalarını öyrətmək olmuşdur.

3 nömrəli çağırışla həyata keçirilmiş təlimdə şərti yanğın haqqında məlumat daxil olan kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əməliyyat-taktiki xarakteristikası, su təhcizatı və rabitə sisteminə uyğun olaraq döyüş tapşırıqları icra olunmuşdur.

Sonda təlim yekunlaşdırılaraq əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti müzakirə olunmuş, şəxsi heyətin yanğın şəraitini düzgün qiymətləndirmək, onun nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları qiymətləndirilmişdir.

Həmçinin, teatr-tamaşa müəssisələrində, o cümlədən səhnə hissəsində yanğınların söndürülməsi, tamaşaçıların təxliyyə olunması, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, onların taktiki imkanlarından maksimum istifadə etməklə döyüş hərəkətlərinin həlledici istiqamətlərində tez və vaxtında cəmləşdirilib yeridilməsi, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarlar qəbul edilməsi istiqamətində vəzifələrin icra olunması ilə bağlı şəxsi heyətə tövsiyələr verilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu