Geri

FHN-in Bakı Regional Mərkəzi təlim kursu keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsində 2016-cı il noyabr ayının 11-də “Yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlanması” mövzusunda təlim kursu keçirmişdir.

Təlimin keçirilməsində məqsəd bələdiyyə fəallarına fövqəladə hallarla bağlı qabaqlayıcı tədbirlərin görülməsi, belə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində vərdişlərin aşılanması olmuşdur.

Tədbirdə FHN Aparatının və qurumlarının nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri və icra katibləri, Bakı şəhərində fəaliyyət göstərən rayon bələdiyyələrinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş söz ilə açan Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev tədbirin əhəmiyyətini vurğulamış, əhalinin fövqəladə hadisələrə hazırlanmasında fövqəladə hallar, yerli icra və özünüidərəetmə orqanlarının birgə fəaliyyətinin vacib olduğunu qeyd etmişdir.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev qeyd etmişdir ki, fövqəladə hadisələrdən mühafizə üsulları və belə hadisələrin qarşısının alınması ilə bağlı biliklərin təkmilləşdirilməsi sakinlərə ən yaxın qurum olan bələdiyyələr tərəfindən əhali arasında maarifləndirmə və təbliğat işinin təşkili baxımından olduqca vacibdir.

Tədbirdə çıxış edən natiqlər “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “112” qaynar xətti”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları”, “Zəlzələ zamanı davranış qaydaları” mövzularında məlumat vermiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Praktik hissədə baş verməsi simulyasiya edilmiş yanğından sonra hadisə yerində ərazinin kimya, radiasiya, mühəndis və yanğın kəşfiyyatı aparılmış, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğın söndürülmüş, içəridə köməksiz vəziyyətdə qalmış 3 nəfər hava yastığının köməyi ilə, binanın damında olan zərərçəkən isə avtonərdivan vasitəsilə xilas edilmişdir.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilmiş və hündürmərtəbəli binada təhlükədə qalmış 2 nəfər xilasedicilər tərəfindən alpinist avadanlıqları vasitəsilə xilas edilərək FHN Tibb Xidməti və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadalarına təhvil verilmiş, ilkin tibbi yardım göstərildikdən sonra onlar aidiyyəti üzrə tibb müəssisələrinə təxliyyə edilmişlər.

Sonda nazirliyin müxtəlif qurumları tərəfindən sərgilənmiş xüsusi xilasetmə texnikası və avadanlıqlarına baxış keçirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu