Geri

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 10 noyabr 2016-cı il tarixində nazirliyin digər qurumlarının iştirakı ilə “SOCAR Petroleum” QSC-nin 11 nömrəli Lənkəran Neft Terminalı Bazasında "Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, mülki müdafiə hazırlığının təşkil olunması" mövzusunda müşavirə keçirilmişdir.

Müşavirənin işində Lənkəran şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və “SOCAR Petroleum” QSC-nin 11 nömrəli Lənkəran Neft Terminalı Bazasının kollektivi iştirak etmişdir.

Müşavirədə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım, mülki müdafiə hazırlığının təşkili barədə məlumat verilmişdir. Toplantıda, həmçinin fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə qaydalarından söz açılmışdır.

Daha sonra idarə və müəssisələrin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Müşavirənin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarxlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu