Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 8 noyabr 2016-cı il tarixində Ağsu rayonu, Padar kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə fövqəladə halların yaranma səbəbləri, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, baş verə biləcək fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu və bu təbliğata təhsil ocaqlarının verə biləcəyi töhfələr, yanğınların başvermə amilləri, ona qarşı mübarizə tədbirləri, yanğın təhlükəsizliyi qaydaları, ərazi üçün xarakterik olan təbii fəlakətlər, texnogen qəzaların yaranmasında insan amilinin mənfi rolu, texniki təhlükəsizlik qaydaları, mülki müdafiə, təhsil müəssisələrində mülki müdafiə işinin təşkili,  hansı hadisələr baş verdikdə “112” qaynar telefon xəttinə zəng etmək olar və sair mövzular ətrafında çıxışlar olmuşdur.

Sonda zəlzələ və dəm qazı haqqında videoçarx nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu