Geri

FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirilmişdir

24-28 oktyabr 2016-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının  birgə təşkilatçılığı ilə voleybol üzrə çempionat keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında keçirilən çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında baş tutmuşdur. Yarışda 170-ə yaxın idmançının təmsil olunduğu 14 komanda öz qüvvəsini sınamışdır. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında olmuşdur. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülmüşdür. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə Qarabağ Regional Mərkəzini məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandaları layiq görülmüşdür. 

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəsmisi Bəxtiyar Mirzəliyev yarışda iştirak etmiş komandaları təbrik etmiş, onlara növbəti oyunlarda uğurlar arzulamışdır.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunmuşdur. Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu