Geri

Göygöl rayonunda seminar-müşavirə keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsi Gəncə Regional Mərkəzi ilə birgə 27 oktyabr 2016-cı il tarixində Göygöl rayonunda “FHN-in Gəncə Regional Mərkəzinin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, özünüidarəetmə orqanları və fövqəladə hallar komissiyaları arasında fövqəladə hallar sahəsində birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məslələri üzrə baş idarəsinin, Baş əməliyyat idarəsinin,  nazirliyin yerli qurumlarının nümayəndələri, rayon icra hakimiyyətinin, yerli icra strukturlarının və bələdiyyələrin rəhbərləri, həmçinin ətraf rayonların bələdiyyə üzvləri iştirak etmişlər.

Tədbirin məqsədi bölgələrdə əhalinin həyat təhlükəsizliyinin təmin edilməsi, ərazilərin fövqəladə hallardan etibarlı qorunması sahəsində regional mərkəzlərin işinin səmərəli təşkili, fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində rayon, şəhər fövqəladə hallar komissiyaları, yerli icra strukturları, bələdiyyələrlə birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyanın təkmilləşdirilməsindən ibarət idi. Görüşdə fövqəladə hallarla bağlı hazırlığın artırılması məqsədilə maarifləndirici tövsiyələr verilmiş, mövcud problemlər dinlənilmiş, onların həlli yolları və qarşıda duran birgə vəzifələr ətrafında geniş müzakirələr aparılmış, təkliflər verilmişdir. ­­­­­­

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu