Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Nazirliyin digər qurumları ilə birgə 27 oktyabr 2016-cı il tarixində paytaxtın Nizami rayonundakı 214 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin işində FHN-in Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, həmçinin Mülki Müdafiə Qoşunlarının əməkdaşları iştirak etmişdir.

Tədbirdə “Zəlzələ zamanı davranış qaydaları”, “Sel və daşqın zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Meşədə yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “Civə dağılmaları zamanı davranış qaydaları”, “112” qaynar xətti və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.

Daha sonra şərti zəlzələ hadisəsi ilə bağlı başlayan təxliyə zamanı şagird və müəllimlər mütəşəkkil şəkildə məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşmışlar. Baş vermiş “yanğın” söndürülmüş, “zərərçəkmişlər” xilas edilmişdir.

Maarifləndirmə tədbirinin praktik hissəsində maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu