Geri

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbir keçirmişdir

25 oktyabr 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Füzuli rayonu şəhid M. Hacıyev adına Babı kənd orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Görüşdə fövqəladə hallar, onların xüsusiyyətləri barədə məlumatverilmiş, “Əyində geyim yanarkən davranış qaydaları”, “Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir.

Sonda maarifləndirici materiallar paylanmış, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu