Geri

FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir

25-29 yanvar 2016-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 16 komandadan 70-ə yaxın əməkdaş iştrak etmişdir. Yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilmiş, komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer almışdır.

Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılov və beynəlxalq dərəcəli hakim Vitaliy Sapronovun hakimlik etdiyi çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunmuşdur. Belə ki, komanda hesabında 1-ci yeri Fövqəladə Hallar Naziliyinin Akademiyası, 2-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 3-cü yeri isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutmuşdur.

Şəxsi hesabda 1-ci yerə Vüqar Cəbiyev (Böhran Vəzyyətlərində İdarəetmə Mərkəzi), 2-ci yerə Vaqif Pişiyari (Dövlət Sularda Xilasetmə Xidməti) və 3-cü yerə isə Rəşid Behbudov (Mülki müdafiə qoşunları) layiq görülmüşdür.

Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif edilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu