Tədbirdə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti, “Fövqəladə hallar baş verən zaman nə etməli?”, “Dəm qazından zəhərlənmənin qarşısının alınması” mövzularında çıxışlar edilmiş, təhsil müəssisələrində yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və həlli yolları haqqında slaydlarla geniş məlumat verilmişdir.
Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” mövzularında videoçarxlar da nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçılarını maraqalandıran suallar cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şimal Qres adlanan nəzarətsiz qeyri-çimərlik ərazisində boğulan iki şəxsdən birini xilas etmiş Pyotr Anatolyeviç Kuvşinova döş nişanı təqdim edilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Qazdan-tüstüdən müdafiə xidməti (QTMX) struktur bölmələrinin şəxsi heyətinin yararsız mühitdə nəfəs almaq üçün......
Ardını oxu19 fevral 2021-ci il tarixində “Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantlarının mənəvi-psixoloji hazırlığının artırılması yolları” mövzusunda onlayn seminar keçirilib. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən tədbirin iştiakçıları əvvəlcə Vətən müharibəsindəki döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. ...
Ardını oxu