Seminarda iştirak edən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşları Ryuiçi Hara, Hideki Araki, Tsutomu Kurihara və Kazuto Suzuki səfər çərçivəsində - cari il yanvarın 16-dan başlayaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzində görüşlər keçirmiş və müvafiq sorğular aparmışlar.
Zəlzələ və digər təbii fəlakətlərlə bağlı texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəylərin təqdim edilməsi məqsədilə keçirilən seminarda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak etmişdir.
Seminarı giriş sözü ilə açan FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov tədbir iştirakçılarına fəlakətlərin idarə olunması və qarşısının alınması sahəsində görülən işlər barədə məlumat vermişdir.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Nigar İsmayılova bu agentliklə ölkəmizin uyğun qurumları arasında əməkdaşlıqdan bəhs etmişdir.
Məsləhətçilər qrupu adından çıxış edən Tsutomu Kurihara Yaponiyanın fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə təcrübəsi, həmçinin, zəlzələ və digər təbii fəlakətlərə cavab olaraq texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəyləri Azərbaycan tərəfinə təqdim etmişdir.
Sonra mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqı tərəfindən videokonfrans formatında tədbir keçirilib. ...
Ardını oxu1 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Şamaxı Rayon İcra Hakimiyyəti ilə birgə “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbirdə Şimal-qərb Regional Mərkəzinin və Şamaxı Rayon İcra Halimiyyətinin əməkdaşları......
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Ucar rayonu 2 saylı regional Sukanal idarəsində və Kürdəmir rayon “ASAN xidmət” mərkəzində "1 mart-Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş "Milli iqtisadiyyatın qorunmasında güclü mülki müdafiə” mövzusunda nümunəvi tədbirlər keçirilib.Tədbirlərdə Ümumdünya Mülki Müdafiə Gününün mahiyyətini və mülki müdafiənin rolunu......
Ardını oxu