Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

21 yanvar 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əməkdaşları Şirvan şəhər Mərkəzi Xəstəxanasında “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə “112” qaynar xətti, “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, mövzularında çıxışlar edilmiş, Muğan Regional Mərkəzinin fəaliyyət istiqamətləri, gördüyü işlər, o cümlədən regionda fəaliyyət göstərən xəstəxana, səhiyyə ocaqları ilə fövqəladə halların qarşısının alınması istiqamətindəki birgə səmərəli qarşılıqlı fəaliyyəti haqda slaydlarla geniş məlumat verilmişdir.

Tədbir zamanı Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyət istiqamətləri haqqında videoçarx  nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 noyabr 2021-ci il tarixində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və......

Ardını oxu