Geri

FHN-in Gəncə Regional Mərkəzində “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin Qərb regionu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazırliyinin Gəncə Regional Mərkəzində 21 yanvar 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” V Respublika və I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinin Qərb regionu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Mərasimdə Gəncə Regional mərkəzinin şəxsi heyəti, Rayon Təhsil şöbələrinin nümayəndələri, müəllimlər, şagirdlər və valideyinlər iştirak etmişdir.

Fövqəladə Hallar və Təhsil nazirlikləri tərəfindən istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək, uşaqlara təhlükəsiz həyat fəaliyyətinin öyrədilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaqlar və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədi ilə keçirilən müsabiqənin Gəncə şəhəri,  Qazax, Ağstafa, Tovuz, Göygöl, Gədəbəy, Şəmkir, Samux, Kəlbəcər rayonları üzrə istedadlı şagirdləri maraqlı rəsmlər, plakatlar, əl işləri, şeirlər, yanğın qəza-xilasetmə texnikasının modelləri və yumşaq oyuncaqlar təqdim etmişlər.

Rayonlarda seçilən və fərqlənən işlər respublika mərhələsi üçün Bakı şəhərinə göndərilmiş, müsabiqənin Təşkilat Komitəsi tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən olunmuşdur. Qərb regionu üzrə 26 şagird müxtəlif nöminasiyalar üzrə I, II, III yerlərə laiq görülmüşdür.

Mərasimdə qaliblərin hədiyyələri və fəxri fərmanları təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 noyabr 2021-ci il tarixində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və......

Ardını oxu