Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

19 yanvar 2016-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi rayonu şəhid Akif  Sultanov adına Kürdlər kənd orta məktəbində “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə “Fövqəladə hallar və onların təsnifatı”, “Fövqəladə hallar zamanı əhalinin təxliyyəsi”, “Mülki müdafiə anlayışı”, “Mülki müdafiənin məqsəd və vəzifələri”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”   mövzularında çıxışlar edilmiş, elektrik və qaz qızdırıcıları ilə davranış həmçinin, “112” zəng mərkəzinə müraciət qaydaları ilə bağlı ətraflı məlumat verilmişdir.

Sonda dəm qazı haqqında  videoçarx nümayiş etdirilmiş, məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuş, xəbərdarlıq vərəqələri və bukletlər paylanmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 noyabr 2021-ci il tarixində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və......

Ardını oxu