Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakının Səbail rayonunda maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibəti ilə Dövlət Yanğından Mühafizə Xidməti maarifləndirmə tədbirlərini davam etdirir. Xidmət növbəti tədbirini 29 sentyabr 2015-ci il tarixində Bakının Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində keçirmişdir.

Səbail rayonu ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması, təxirəsalınmaz xilasetmə işlərinin həyata keçirilməsinin təmin olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin və onun müvafiq qurumlarının qarşısında duran vəzifələr haqqında danışılmış, yanğın təhlükəsizliyi qurumlarının hüquqi, maddi-texniki bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, yanğın avtomobilləri parkının müasir texnologiyaya cavab verən texnika və avadanlıqlarla təchiz olunması ilə bağlı  geniş məlumat verilmişdir.  

Həmçinin, fövqəladə hallar zamanı xilasetmə avadanlıqlarından istifadə qaydaları ilə tanış olmuş, onlara Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin balansında olan yanğın avtomobillərinin taktiki-texniki göstəriciləri, üzərində olan alət-avadanlıqlar, onlardan istifadə qaydaları haqqında məlumat verilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu