Geri

Tələbələrin təhlükəsizliyi diqqət mərkəzindədir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 28 sentyabr 2015-ci il tarixində Astara Pedaqoji Kollecində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Mülki müdafiə qoşunlarının Lənkəran Regional Fövqəladə hallar və mülki müdafiə şöbəsinin əməkdaşları, Astara Pedaqoji Kollecinin müəllim və tələbə heyəti iştirak etmişlər. 

Toplantı iştirakçılarına mülki müdafiə tədbirləri, müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış, fərdi və tibbi mühafizə vasitələrindən düzgün istifadə qaydaları barədə geniş məlumat verilmişdir. Çıxışlardan sonra yanğın təhlükəsizliyi, dəm qazı və qaz cihazlarından istifadə qaydaları barədə videoçarxlar nümayiş etdirilmişdir.

Tələbələrin yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış əyani vəsaitlər məktəb rəhbərliyinə təqdim edilmişdir.  

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu