Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

23 sentyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan rayonu, Birinci Varlı kənd orta məktəbində müəllim və şagird heyətinin iştirakı ilə “Fövqəladə hallar zamanı nə etməli” və “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Muğan Regional Mərkəzinin fəaliyyət istiqamətləri, iş prinsipi, gördüyü işlər barədə söhbət açılmış, təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları, onlardan qorunma üsulları, “112” zəng mərkəzinə müraciət qaydaları, dəm qazı, zəlzələ, daşqın və s. mövzularda məlumat verilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu, dəm qazının yaranması və ondan qorunma üsullarından bəhs edən videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu