Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

23 sentyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhəri 2 nömrəli Uşaq Gənclər İdman Məktəbində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Çıxış edənlər “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Liftlə bağlı təhlükəsizlik qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi”, “112” qaynar telefon xətti” mövzularında məlumat vermiş, suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanılmışdır.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu haqqında sənədli film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu