Geri

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi 24-25 avqust 2015-ci il tarixində Xaçmaz rayonunun Müqtədir və Niyazoba kəndləri ərazisində bələdiyyə və icra nümayəndələrinin, habelə yerli sakinlərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirmişdir. Tədbir iştirakçıları kiçik həcmli gəmilərdən istifadə qaydaları, onların praktiki idarə edilməsi və dənizdə insan həyatının təhlükəsizliyinin təmin olunması ilə əlaqədar məlumatlandırılması məqsədilə təşkil edilmişdir.

Toplantılarda mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərin dövlət qeydiyyatından yayınmaması, sürücülük vəsiqələrinin əldə edilməsi, gəmilərin qanunla nəzərdə tuutlmuş müddətdə texniki baxışdan keçirilməsi, lazımi xilasedici avadanlıqlarla təmin olunması, su nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, istismarına qadağa qoyulmuş gəmilərin istismara buraxılmaması ilə bağlı tövsiyələr  diqqətə çatdırılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu