Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

25 avqust  2015-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Qusar rayon Gənclər və İdman Mərkəzində “Yanğın təhlükəsizliyi qaydaları, mülki müdafiə işinin və əhalinin təxliyyəsinin təşkili” mövzusunda  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri,  yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları mövzularında biliklərin  aşılanması olmuşdur.

Tədbirdə, baş verə biləcək fövqəladə halların qarşısının vaxtında alınmasında Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, su obyektləri və çimərliklərdə təhlükəsizlik qaydaları, təxliyyənin təşkili, yaşayış binaları və ya obyektlərin tikintisində yanğın təhlükəsizliyi norma və qaydaları, tikintidə binaların fasadlarının quraşdırıldığı zaman odadavamlı materiallardan istifadəsinin vacibliyi, qaz və yüksək gərginlikli elektrik xətlərinin, habelə çay yataqlarına yaxın ərazilərdə yaşayış evlərinin tikilməsinin fəsadları, meşə və əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması, təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi  mövzularında ətraflı məlumat  verilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu