Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

21 avqust 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi nazirliyinin digər qurumları ilə birgə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarət, Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşlarının iştirak etdiyi tədbirin keçirilməsində məqsəd Xəstəxana kollektivinin sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə fəaliyyət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarət olmuşdur.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın və nəqliyyat qəzaları zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları” mövzularında çıxışlar etmişlər.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, yanğın təhlükəsizliyi barədə videoçarxlar nümayiş olunmuşdur.

Praktik hissədə Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş olunmuş, bu zaman “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil, onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, xüsusi riskli axtarış, qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, ondan istifadə qaydaları barədə ətraflı məlumat verilmişdir.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu