Geri

Zərdab rayonunda “dəyirmi masa” keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 avqust 2015-ci il tarixində Zərdab Rayon İcra Hakimiyyətində “Zərdab Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, yerli icra nümayəndələri və bələdiyyələrlə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətin koordinasiyası” mövzusunda “dəyirmi masa” keçirmişdir.

“Dəyirmi masa”da Zərdab Fövqəladə Hallar Komissiyasının üzvləri, rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayon Polis Şöbəsinin, rayon Yanğından Mühafizə Hissəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Mərkəzi Xəstəxanasının, rayon Təhsil Şöbəsinin, “Azəriqaz” İstehsalat Birliyinin rayon Şöbəsinin, rayon Elektrik Şəbəkəsinin, Yol istismarı İdarəsinin, rayon Telekommunikasiya Qovşağının, Suvarma Sistemləri idarəsinin nümayəndələri, bələdiyyə və ərazi icra nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş tədbirdə “dəyirmi masa”nın əhəmiyyəti vurğulanmış, müzakirə edilən məsələlərin vacibliyi diqqətə çatdırılmışdır.  

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu