Geri

FHN-in Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

18 avqust 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Füzuli Rayon İcra Hakimiyyətinin orqanı olan  “Qayıdış” qəzetində “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması ilə əlaqədar qarşıda duran vəzifələr, mətbuat vasitəsi ilə insanların maarifləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirdə “Fövqəladə hallara dair əhalinin maarifləndirilməsi prioritet məsələ kimi”, “101” və “112” zəng mərkəzlərinə müraciət qaydaları” mövzularında məlumat verilmiş, Regional Mərkəzin fəaliyyət istiqamətləri, gördüyü işlər, KİV-lərin əhalinin maarifləndirilməsində rolundan danışılmışdır.

Sonda “112” qaynar xətti”, “Radiasiya zəhərlənmələri zamanı davranış qaydaları”, “Müəssisələrin yanğın təhlükəsizliyi qaydaları”, “Su hövzələrində insanların təhlükəsizliyi qaydaları”, “İlan və əqrəb sancmaları zamanı davranış qaydaları”, “Günvurma zamanı ilkin tibbi yardım” adlı maarifləndirici materiallar paylanmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu