Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat günü keçirmişdir

30 iyul 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Sumqayıt şəhərində yerləşən, çörək, yağ-pendir, şirniyyat və un istehsalı ilə məşğul olan “Delta Qrup C.O” MMC-də yanğına qarşı təbliğat günü keçirmişdir.

Tədbirdə istehsal müəssisəsində yanğın təhlükəsizliyi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə danişılmış, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.

Tədbirin sonunda yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən yaddaş kitabçaları paylanmış və “Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi” kitabı  müəssisənin rəhbərliyinə təqdim edilmişdir.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu