Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 29 iyul 2015-ci il tarixində Sumqayıt şəhər Tarix Muzeyində Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri ilə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin və Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə FHN-in Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı yanğına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, yanğınların başvermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələr və digər məsələlərə toxunmuşdur.  

Sonra Dövlət Sularda Xilasetmə Xidmətinin nümayəndəsi su hövzələrində insanların təhlükəsizliyi üçün zəruri olan tədbirlər barədə danışmışdır. Eyni zamanda, ölkə qanunvericiliyinə uyğun olaraq su hövzələrindən istifadə və istirahətlə bağlı aidiyatı orqanların üzərinə düşən vəzifələr bir daha diqqətə çatdırılmış və yerli özünüidarəetmə orqanları ilə birgə fəaliyyətin müstəsna əhəmiyyəti vurğulanmışdır.

Çıxışlardan sonra tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu