Geri

FHN-in Gəncə Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 28 iyul 2015-ci il tarixində Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında “Fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində FHN-in Gəncə Regional Mərkəzinin rayon icra hakimiyyəti, özünüidarəetmə orqanları və yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlər” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələri, bələdiyyə sədrləri və müvafiq xidmət rəhbərləri iştirak etmişlər.

“Dəyirmi masa”da yanğınların qarşının alınması istiqamətində görülən işlər, baş vermiş yanğınlar, fövqəladə halların qarşısının alınması zamanı qarşılıqlı fəaliyyətin təşkili, istifadə olunmamış imkanlar və perspektivlər barədə müzakirələr aparılmış və monitorinqlərin nəticələrini əks etdirən slaydlar nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu