Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbirlər keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) 27-28 iyul 2015-ci il tarixlərində Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının və Müharibə və Əmək əlilləri üçün pansionatın işçı heyəti üçün yanğına qarşı təbliğat günləri keçirmişdir.

DYNX-nin əməkdaşları “Yanğın təhlükəsizliyi qaydalarına əməl edin” və “Yanğın zamanı zəruri hərəkətlər” mövzusunda çıxışlar etmiş, sualları cavablandırmışlar.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş etdirilmiş, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən yaddaş kitabçası və “Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi“ kitabı təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu