Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

28 iyul 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağdam rayonu, Xındırıstan kənd 2 nömrəli uşaq bağçasında “Fövqəladə hallar zamanı özünü necə aparmalı, yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Azyaşlıların baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallara hazır olması məqsədi ilə keçirilən tədbirdə uşaq bağçasının müəllim-tərbiyəçiləri, uşaqlar və onların valideynləri iştirak etmişdir.

Tədbirdə “Uşağın əlində kibritin olması faciəyə aparan yoldur”, “Bayılma zamanı ilkin tibbi yardım”, “Fövqəladə hallar zamanı uşaqların qorunması qaydaları”, “Elektrik cihazları və uşaqlar”,  “Nəqliyyat vasitələri və uşaqların təhlükəsizliyi”, “İlan və əqrəb sancmaları” və “Günvurma zamanı ilkin tibbi yardım”  mövzularında çıxışlar edilmiş, yay mövsümü ilə əlaqədar istirahət zonalarında, çimərliklərdə, meşələrdə azyaşlıların təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı söhbət aparılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu