Geri

FHN Şimal-qərb Regional Mərkəzi müşavirə keçirmişdir

FHN Şimal-qərb Regional Mərkəzi 24 iyul 2015-ci il tarixində Mülki müdafiə qoşunları komandanlığının Mingəçevir Regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin iştirakı ilə Qax rayon İcra hakimiyyətlərində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda müşavirə keçirmişdir.Tədbirin keçirilməsində məqsəd mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirmə işlərinin mütəmadi olaraq aparılması, yerli idarə və təşkilatların diqqətinin bu sahəyə cəlb edilməsi olmuşdur.

Tədbirdə icra hakimiyyəti başçılarının müavinləri, əməkdaşları, yerli idarə və təşkilatların nümayəndələri iştirak etmişlər.

Müşavirədə Mərkəzin əməkdaşları “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və əhalinin mülki müdafiə hazırlığının təşkil olunması”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər” mövzularında məruzələr etmişlər. Tədbirdə Regional Mərkəzlə rayon icra hakimiyyətləri, eləcə də digər idarə və təşkilatlar arasında qarşılıqlı fəaliyyətin təşkili, mümkün təhlükələr barədə məlumatların vaxtında və aidiyyəti üzrə çatdırılması, “112” qaynar telefon xətti haqqında geniş məlumat verilmişdir.

Müşavirənin sonunda sözügedən məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu