Geri

FHN-in Gəncə Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Aparatının və yerli qurumlarının iştirakı ilə 24 iyul 2015-ci il tarixində Göygöl Rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Gəncə Regional Mərkəzinin Rayon İcra Hakimiyyəti, özünüidarəetmə orqanları və yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlər” mövzusunda müşavirə keçirilmişdir.

Müşavirədə bələdiyyə sədrləri, yerli icra nümayəndələri, müvafiq xidmət rəisləri də iştirak etmişlər.

Tədbirdə Göygöl rayonu ərazisində aparılmış monitorinqlər, yanğınlar, onların qarşısının alınması istiqamətində müzakirələr aparılmış, problemlərin birgə həlli yolları araşdırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu