Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

 

24 iyul 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə 3 nömrəli Şəhər Klinik Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Mülki müdafiə qoşunları əməkdaşlarının iştirak etdiyi tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Müxtəlif təbii və texnogen fövqəladə hallar, eləcə də bu zaman hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Regional Mərkəzin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fəlakətlər zamanı nə etməli?”, “Yanğın və nəqliyyat qəzaları zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları” mövzularında çıxışlar etmişdir.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də yanğın təhlükəsizliyi barədə videoçarxlar nümayiş olunmuşdur.

Praktik hissə zamanı Fövqəladə Hallar Nazirliyi qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş olunmuş, “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və onlardan istifadə qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

23 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirilib

FHN-in Cənub Regional Mərkəzi 14-16 aprel 2021-ci il tarixlərində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə növbələri arasında “Ən yaxşı xilasedici və ən yaxşı xilasetmə növbəsi” yarışı keçirib. ...

Ardını oxu