Geri

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilmişdir

6 mart 2015-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tədbiri giriş sözü ilə açaraq nazirliyin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmişdir.

M.İsmayılov qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür. Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin beynəlxalq aləmdə layiqincə tanıdılması, Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafı sahəsində çoxşaxəli fəaliyyəti ilə bu nailiyyətlərin əldə olunmasında böyük töhfələr verir.

Bildirilmişdir ki, nazirliyin qurumlarında fəaliyyət göstərən 48 həmkarlar təşkilatının 10-na zərif cinsin nümayəndələri rəhbərlik edir.

Nazirlik Aparatı işçilərinin Həmkarlar Təşkilatının sədri Nəcibə Əfəndiyeva qadınlar adından göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirmiş və qeyd etmişdir ki, bu gün qadınların qazandığı uğurlar ölkədə müvəffəqiyyətlə həyata keçirilən dövlət qadın siyasətinin nəticəsidir.

Görüşün sonunda bu il yubileyini qeyd edəcək 36 qadına qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu