Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

5 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı rayonu, N.B.Cəfərov adına Avaş kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumlarının əməkdaşları ilə yanaşı Yardımlı rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagird heyəti, texniki işçiləri, eləcə də valideynlər iştirak etmişdir. 

Nəzəri hissə çərçivəsində “Təhsil müəssisələrində yanğın və texniki təhlükəsizlik tədbirləri”, “Sel və daşqın hadisələrinin yaranma səbəbləri, onlar baş verdikdə davranış qaydaları”, “Fövqəladə hallar, onların təsnifatı və xüsusiyyətləri”, “Novruz bayramı şənliklərində yanğın və texniki təhlükəsizlik qaydalarının bütün tələblərinə ciddi əməl olunmalıdır!” və “Hansı hadisələr baş verdikdə “112” qaynar telefon xəttinə zəng etmək olar?” mövzularında çıxışlar edilmişdir.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vəsaitləri məktəb rəhbərliyinə təqdim olunmuşdur.  

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu