Geri

FHN-in Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

4 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzi Hacıqabul rayonundakı Udulu kənd məktəbində fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində məktəblilərin maarifləndirilməsi məqsədilə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Muğan Regional Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri, fövqəladə hal anlayışı, “112” qaynar xətti haqda məlumat verilmiş, fövqəladə hallar zamanı davranış qaydaları, daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması mövzularında çıxışlar edilmişdir.

Daha sonra, fotoslaydlar vasitəsi ilə qarşıdan gələn Novruz bayramı günləri ilə əlaqədar yanğın təhlükəsizliyi qaydaları məktəbin şagird və müəllim kollektivinə izah edilmişdir.

Sonda dəm qazından zəhərlənmə hallarının səbəbləri, təbii qazdan istifadə qaydalarına dair videoçarx nümayiş olunmuş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu