Geri

FHN-in Şimal-qərb Regional Mərkəzində görüş keçirilmişdir

5 mart 2015-ci il tarixində əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması, insanların bu sahədə xəbərdar və təlimatlı olmasında səmərəliliyin artırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun kənd və qəsəbə inzibati dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə maarifləndirmə xarakterli görüş keçirilmişdir.

Regional Mərkəzlə bərabər FHN-in Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin, Şimal-qərb Regional Tikinti Müfəttişliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə Qəbələ rayonu ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi və tikintidə təhlükəsizliyin norma və qaydaları izah olunmuş, Rayon İcra Hakimiyyəti ilə Mərkəz arasında 2014-2019-cu illər üçün nəzərdə tutulmuş “Qarşılıqlı fəaliyyət planı”nda qeyd olunmuş tədbirlərin icrası ilə bağlı geniş məlumat verilmişdir.

Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılmış, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında videoçarx nümayiş olunmuşdur.

 

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu