Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

4 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyi 10 №-li Mənzil İstismar Sahəsinin ərazisində yaşayan sakinlərlə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Regional Mərkəzin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İstismarı İdarəsinin, Sumqayıt Qaz İstismar Sahəsinin və 10 №-li Mənzil İstismar Sahəsinin əməkdaşları, mikrorayon ərazisində yaşayan sakinlər iştirak etmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd şəhər əhalisinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə, binalarda və mənzillərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Binalarda yanğın təhlükəsizliyi qaydaları”, “Qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır”  mövzularında çıxışlar etmişdir.

Daha sonra “Dəm qazı təhlükəsi” mövzusunda videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları  ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu